Şərq-Qərb Orta Dəhlizi boyu tariflərdə azalma və ya asanlaşma olacaq - DGK sədri

12:35 15.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu tariflərin unifikasiya edilməsinə dəhlizboyu yerləşən müvafiq qurumlar birgə nəzər yetirir.

Hafta.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (Data pipeline) üzrə çoxtərəfli görüşdə bildirib.

"Ümid edirəm ki, burada hər hansı azalma və ya asanlaşma mövcud olacaq", - deyə Şahin Bağırov əlavə edib.